Markdown veb və digər media üçün mətnin formatlaşdırılması prosesini asanlaşdıran olduqca sadə işarələmə dili və mətn formatıdır. Bu dil istifadəçilərə asan və sürətli şəkildə mətn yaratmağa imkan verir.
Mətnin veb səhifədə daha yaxşı görünməsini təmin edir. O, 2004-cü ildə John Gruber və Aaron Swartz tərəfindən geniş texniki bilik tələb etmədən asanlıqla HTML və digər formatlara çevrilə bilən məzmun yazmaq üçün yaradılmışdır.
Veb səhifəmizdə yazdığımız məqalələrin və ya bloqların diqqəti cəlb etməsini istəyirik. Məqalələrə şəkillər əlavə etmək və ya müəyyən hissələri vurğulamaq oxucunun diqqətini daha çox cəlb edir. Xüsusilə yazıçılar, bloggerlər, proqramçılar və internet üçün mətni formatlaşdırmaq üçün sadə və effektiv üsula ehtiyacı olan hər kəs arasında populyardır. Markdown faylları adətən .md və ya .markdown fayl əlavəsinə malikdir. Bu fayllarla işləmək üçün sizə redaktor lazım ola bilər.
1. Sadəlik və oxunaqlılıq: Markdown sadə mətn simvollarından istifadə edən sadə sintaksisdən istifadə edir. Bu sadəlik öyrənməyi və istifadə etməyi asanlaşdırır. Mürəkkəb formatlaşdırma kodlarına deyil, məzmunun özünə diqqət yetirməyə imkan verir. 2. Platformanın Müstəqilliyi: Markdown platformadan müstəqildir. Yəni, istənilən cihazda mətn redaktoru və ya kod redaktoru vasitəsilə Markdown sənədləri yarada bilərsiniz və bu sənədlər müxtəlif platformalarda asanlıqla baxıla və müxtəlif formatlara çevrilə bilər. Bu o deməkdir ki, siz onu qısa müddətdə öyrənə və faydalana bilərsiniz. Sintaksis intuitivdir və artıq e-poçt və ya mətn mesajlarında istifadə edə biləcəyiniz formata bənzəyir. 3. Geniş kütlə: Markdown böyük populyarlıq qazanıb və WordPress kimi bloq sistemləri, GitHub kimi əməkdaşlıq alətləri və məzmun idarəetmə sistemləri daxil olmaqla bir çox platformada dəstəklənir. Bu, Markdown-u bir çox kontekstdə tətbiq oluna bilən dəyərli bir bacarıq edir.
Ən çox istifadə edilənləri bu məqalədə toplamışam. Vs code redaktorunu açmaqla işə başlayaq.
Mən VS code redaktorundan istifadə edəcəyəm. Belə ki, əgər Vs code-da yenisinizsə aşağıdaki təlimatları addım-addım izləyərək asanlıqla irəliləyə bilərsiniz. İlk olaraq ekran görüntüsünə işarələdiyim kimi bir .md extension-lı fayl yaradın. Bu faylın adı istənilən şey ola bilər. Mən bu faylı 'markdown' adlandırdım və preview edə bilmək üçün ekran görütüsündə işarələdiyim düyməni istifadə etdim. Bundan sonra hər etdiyim dəyişikliyin faylda necə göründüyünü müşahidə edə bilərsiniz.
Siz sənədinizdə müxtəlif ölçülü başlıqlardan istifadə etmək istəyə bilərsiniz. Başlıq yaratmaq üçün '#' simvolu istifadə olunur. '#' işarəsinin sayı artdıqca mətnin və ya sinvolların ölçüsü kiçilir. Markdown-da başlıqlar yaratmaq üçün # simvolundan sonra boşluq qoyaraq başlıq mətninizi daxil edin. Html teqləri ilə müqayisə etmək mövzunu bir çoxunuza daha aydın edə bilər. Min 1 Max 6 # işarədən istifadə edilə bilər
Markdown həm sıralı (ordered), həm də sırasız (unordered) siyahıları dəstəkləyir. Belə siyahı yaratmaq üçün hər bir elementdən sonra bir boşluq buraxaraq mətni daxil etməyə başlayın. Sıralı Sıra nömrələrini daxil etdikdən sonra nöqtə işarəsi daha sonra bir boşluq və mətni daxil etməyə başlayın. Sıralanmamış Sıralanmamış siyahı yaratmaq üçün də eyni ardıcıllıqla ulduz işarəsi * istifadə edin. Siz həmçinin bunun üçün tire simvolundan da istifadə edə bilərsiniz.
1. C#
2. Java
3. Python
* C#
* Java
* Python
- C#
- Java
- Python
Alt başlıqlar üçün bu dəfə eyni ardıcıllıqla ulduz və ya tiredən əvvəl iki boşluq qoyun.
- C#
- EntityFramework
- Java
- Spring
- JavaScript
- React
- vs .
Bir şəxsdən sitat gətirmək istəyirsinizsə, > simvolundan istifadə olunur.
**qalın** işarələri söz və ya cümləni qalın etmək üçün, *kursiv* işarələri kursiv(itallik) etmək üçün istifadə olunur. **Bu formatları *birlikdə* istifadə edə bilərsiniz.**
Mətndə link verə bilərsiniz. Məsələn, deyək ki, biz Khanim sözünə basıldıqda khanimgurbanli.com saytının ana səhifəsinə keçmək istəyirik. Ekran görüntüsündən də artıq sayta keçid etdini görmək olar.
Sənədinizə şəkillər əlavə etmək mətni daha maraqlı edə bilər. Aşağıdakı formada mətnə asanlıqla şəkillər əlavə edə bilərsiniz.
Mətnə kod əlavə edə bilərsiniz. Mətnə kod yazmaq üçün backticks (`) işarəsi istifadə olunur.
Məsələn, `x=[1,2,3]` kimi dəyişən yaradaq.
Rəngarəng sintaksisdən istifadə etmək istəyirsinizsə, sadəcə kodun yuxarısında istifadə edəcəyiniz proqramlaşdırma dilini yazın.
``` python
def check_condition(value):
if value:
return True
else:
return False
```
Mətnin üzərindən xətt çəkmək üçün ~~ işarəsini isrifadə edə bilərsiniz. ~~Offline lesson~~
Sətrin başlanğıcından etibarın bitişik üç alt xətt _ istifadə edərək üfüqi ayırıcılar əlavə edə bilərsiniz.
Kod bloklarınızı üç geri işarəsi ilə (```) və sonra kod blokunuzun yazıldığı dillə başlamaqla faylınıza kod bloklarını asanlıqla əlavə edə bilərsiniz. Daxil edilmiş kodlar kod parçasını əhatə edərək əlavə edilir. Aşağıda c# kodlarına aid bir nümunə yerləşdirmişəm
Sənədinizdə sözlərdən əvvəl və sonra iki bərabər işarədən ( == ) istifadə edərək vacib sözləri vurğulaya bilərsiniz.
İstifadəsi, tətbiqi zəruri olmasa belə hər texnologiyadan xəbərdar olmaq və lazım gəldikdə rahatlıqla tətbiq edə bilməklə fərqimizi ortaya qoymağı bacarmalıyıq. Xoş mütaliələr ^_^